10 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycan təqaüd verən bankların sayını artırmaqdan imtina etdi

Azərbaycanda təqaüd verilməsi ilə məşğul olan bankların sayı dəyişilməz qalacaq. Bu haqda məlumatı jurnalistlərə Sosial müdafiə fondunun sədri Elman Mehdiyev vermişdir. 

Mehdiyevin sözlərinə görə, hazırda bu funksiyanı yerinə yetirən banklar qarşılarına qoyulan tapşırığın öhdəsindən tam olaraq gəlirlər.

Hazırda təqaüd verilməsi prosesi ilə Azərbaycan Beynəlxalq Bankı və Kapital Bank məşğul olur.

Elman Mehdiyev həmçinin bildirmişdir ki, bu banklarla olan müqavilələrə onlardan hər hansı birinin təlimatlara uyğun davranmadığı təqdirdə yenidən baxılacaq.

Son xəbərlər
Digər xəbərlər