Prezident İlham Əliyev “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli fərmanında dəyişiklik edib. Fərmana əsasən, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilən 50 manatlıq təqaüdün məbləği 80 manata qaldırılıb.
Bu Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.