12 C
Baku
Saturday, November 23, 2024

AMB: ev təsərrüfatlarının 29%-i dekabrda qiymətlərin daha da yüksələcəyini gözləyir

Dekabrda aparılan sorğulara görə ev təsərrüfatlarının 29%-i inflyasiya tempinin daha da yüksələcəyini gözləyir.

Banker.az xəbər verir ki, bu barədə ötən həftənin cümə günü Azərbaycan Mərkəzi Bankı bildirib.

AMB bildirib ki, faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Son 12 ayda inflyasiya gözləntiləri real sektorun monitorinq olunan sektorlarında artım meyilli olmuşdur.

Qeyd edək ki, Mərkəzi Bankın yenilənmiş proqnozlara görə cari ildə orta illik inflyasiya 6.3-6.6%, illik inflyasiya isə 11.4-11.9% səviyyəsində gözlənilir.

Baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər