7 C
Baku
Sunday, December 15, 2024

Nəyə görə qadınlar Avropada MBA seçir?

London Business School məlumatlarına görə, Avropada MBA təhsili almaq istəyən amerikalı qadınları üç qrupa bölmək olar. İlk qrupa Şimali Amerika srhədlərindən kənarda doğulmuş “ikili milliyətə” məxsus olan qadınları aid etmək olar. İkinci qrupa dünya mədəniyyətləri ilə maraqlanan “kosmopolitan qadınlar”, üçüncü qrupa isə heç vaxt ABŞ-ı tərk etməmiş və qəfildən dünyanı görməyi arzulana “ev qızlarını” aid edilir.

Amerikanın qeyri-kommersiya təşkilatı olan Fortе Foundation tərəfindən keçirilən sorğuya əsasən, amerikalı qadınların əksəriyyəti daha çox tanışlar əldə etmək üçün Avropaya təhsil almağa yollanırlar. Avropanın ən yaxşı 5 biznes məktəbindən təhsil almış amerikalı qadınlar ilə keçirilən sorğu əsasında isə tədqiqatçılar onların hipotetik məlumatlarını yaratmışlar. Nəticə olaraq göstərilən fikri Amerikanın geniş MBA xanım tələbələri arasında keçirilmiş online sorğu da təsdiq etmişdir.

Amerikalı qadınların əksəriyyəti Avropda təhsili məhz beynəlxalq əlaqələr yaratmaq məqsədilə seçirlər. Onların böyük əksəriyyəti, yəni 80%-i beynəlxalq əlaqələrin genişlənməsini Avropa biznes məktəblərinə daxil olmaq üçün əsas stimul olaraq görürlər. Bundan başqa, sorğuda iştirak edən 91%-ə görə Avropa universitetlərində çoxmillətli tələbə tərkibinin olması çox vacibdir.

Son xəbərlər
Digər xəbərlər