10 C
Baku
Wednesday, December 11, 2024

 “Vətənə xidmətə görə” ordenlə təltif olunan maliyyəçimiz

Banker.az saytı  “Məşhur maliyyə simaları” rubrikasında bu dəfə ölkənin maliyyəçilərindən biri olan, Mərkəzi Bankın Sədrinin birinci müavini Alim Quliyev haqqında məlumatları sizinlə paylaşır.

Alim Quliyev 1960-cı ildə TərTər rayonunda anadan olub.  D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirən maliyyəçi, əmək fəaliyyətinə ilk olaraq, SSRİ Dövlət Bankının Şamaxı şöbəsində iqtisadçı kimi başlayıb.

Əvvəllər Mərkəzi Bankda nəzarət idarəsinin rəisi vəzifəsində çalışan Alim Quliyev, daha sonra yəni, 1995-ci ilin mart ayından Təftiş departamentinin direktoru və İdarə Heyəti Sədrinin müavini vəzifəsini icra etmişdir. 1996-cı ildən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti Sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

2002-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsinə yüksələn maliyyəçi, yeddi elmi əsərin və bir monoqrafiyanın müəllifidir. Alim Quliyev 2012-ci isə Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib və eyni zamanda yenidən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə dördüncü dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilib.

İndi isə Alim Quliyevin xronologiyası ilə daha ətraflı tanış olaq:

1981-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1981-ci ildə SSRİ Dövlət Bankının Şamaxı şöbəsində iqtisadçı kimi başlamışdır. 1981-ci ildən 1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur.

1983-cü ilin iyun ayından dekabr ayınadək SSRİ Dövlət Bankının Şamaxı şöbəsində iqtisadçı vəzifəsində işləyib.

1983-cü ilin dekabrından 1988-ci ilədək SSRİ Dövlət Bankı Azərbaycan Respublikası kontorunun Təftiş idarəsində müfəttiş, böyük müfəttiş vəzifələrində işləyib.

1988-ci ildən 1993-cü ilədək Səhmadar-Kommersiya Aqrar-Sənaye Bankının Nəzarət-təftiş idarəsində aparıcı müfəttiş, baş müfəttiş, İdarə Heyəti Sədrinin müavini vəzifələrində işləmişdir.

1993-cü ilin yanvar ayından Azərbaycan Respublikasının Mərkəzi Bankında Banklara nəzarət idarəsinin rəisi vəzifəsində işləmişdir.

1995-ci ilin mart ayından Təftiş departamentinin direktoru və İdarə Heyəti Sədrinin müavini vəzifəsini icra etmişdir.

1995-ci ilin oktyabr ayından 1996-cı ilin iyun ayınadək Səhmdar-Kommersiya Əmanət Bankının Müvəqqəti İdarəetmə Komitəsinin sədri işləmişdir.

1996-cı il iyunun 14-dən Azərbaycan Respublikasının Mərkəzi Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.

2002-ci ildən iqtisad elmləri namizədidir. Yeddi elmi əsərin və bir monoqrafiyanın müəllifidir.

2006-cı ilin dekabr ayında üçüncü dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.

2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Hazırda isə Alim Quliyev Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvüdür, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti Sədrinin birinci müavini vəzifəsində çalışır. Həmçinin Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının üzvüdür. Ailəlidir, 2 övladı var.

Son xəbərlər
Digər xəbərlər

5 ŞƏRH

Comments are closed.