Türkiyədə gecə yarısı yanacaq qiymətlərində planlaşdırılan artımların ləğv edildiyi açıqlanıb.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.
“Məlum olduğu kimi, neft qiymətləri və valyuta hərəkətləri yanacaq qiymətlərini ən çox təyin edən amillərdir. Valyutadakı eniş ən qısa zamanda yanacaq qiymətlərinə də əks olunacaq”, – açıqlamada qeyd edilib.
Təşkilat həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın elan etdiyi iqtisadi tədbirlərə dəstək verən sektor nümayəndələrinə təşəkkür edib.