17 C
Baku
Monday, May 6, 2024

Bank of Bakuya yeni sədr təyin olundu

Bank of Baku ASC-nin Müşahidə Şurasının iclasında bankın yeni İdarə Heyətinin sədri vəzifəsinə Abbas İbrahimov təyin edilib.

Abbas İbrahimov may ayının 1-dən etibarən yeni səlahiyyətlərinin icrasına başlayacaq. Bank of Baku-nun eks-sədri Fərid Hüseynov tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər maliyyə qurumda davam edəcək.

Abbas İbrahimov  1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr dərəcəsini, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində Biznes inzibatçılığı üzrə Maqistr dərəcəsini alıb. Bankdakı iş fəaliyyətinə 2005-ci ildə başlayan Abbas İbrahimov, bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlib. 2010-cu ildə isə Bank of Baku-nun İdarə heyəti sədrinin müavini, pərakəndə sahə üzrə idarə heyətinin üzvü vəzifəsinə təyin edilib.

1994-cü ildə təsis edilmiş Bank of Baku hal-hazırda Azərbaycanın aparıcı banklardan biri olmaqla ölkəmizin 10 aparıcı bankların sırasına daxildir.

Qafqazinfo

Son xəbərlər
 ⁠
Digər xəbərlər