1 C
Baku
Saturday, December 14, 2024

Son 5 ildə Azərbaycanda içki istehsalı necə dəyişib? – Cədvəl

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda üzüm şərabının istehsalı 158.7%, konyak istehsalı 18.4%, alkoqolsuz içki istehsalı 13.5% artıb. Araq və pivə istehsalında isə azalma müşahidə olunub (müvafiq olaraq, 11.2% və 11%).

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatda bildirilir.

Bu ilin 11 ayında alkoqolsuz içki istehsalı son 5 ilin maksimumuna çatıb – 27807,7 min dkl.. 01.12.2021-ci il vəziyyətinə hazır alkoqolsuz içki ehtiyatı 401,1 min dkl. təşkil edir.

Hesabat dövründə istehsal olunmuş pivənin həcmi isə 4577,5 min dkl. təşkil edib və 01.12.2021-ci il vəziyyətinə 243,9 min dkl. hazır pivə ehtiyatı var. Pivə son 5 ilin maksimumuna ötən il çatmışdı – 5172.9 min dkl.

Həmçinin qeyd olunan dövrdə 1322,9 min dkl. araq, 601,8 min dkl. üzüm şərabı istehsal olunub. 01.12.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı bu içki məhsullarına müvafiq olaraq, 277,6 min dkl. və 1044,2 min dkl. təşkil edir.

Konyak istehsalı da son 5 ildə öz maksimumuna çatıb – 27,7 min dkl. və 01.12.2021-ci il vəziyyətinə 20,2 min dkl. hazır konyak ehtiyatı var.

Banker.az son 5 ildə içki məhsullarının istehsal bağlı araşdırmanı təqdim edir :

İçki məhsulları 2017 2018 2019 2020 2021
Araq, min dkl 475.6 676.4 1720.2 1842.7 1322.9
Brendi (konyak), min dkl 5.3 18 24 24.1 27.7
Üzüm şərabı, min dkl 925.4     1448.1 525.9 232.6 601.8
Pivə, min dkl     4274.2     4503.1 4742.9 5172.9 4577.5
Alkoqolsuz içkilər, min dkl   17706.0   21089.1 23727.5 24488.3 27807.7
Son xəbərlər
Digər xəbərlər