7 C
Baku
Thursday, December 12, 2024

ABŞ Əfqanıstana qarşı sanksiyaları yüngülləşdirib

ABŞ Maliyyə Nazirliyi Əfqanıstan sakinlərinə humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün üç yeni ümumi lisenziya təqdim edib.

TASS xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

“ABŞ Əfqanıstana ən böyük humanitar yardım göstərən ölkədir. Biz Əfqanıstan xalqını dəstəkləməyə sadiqik, ona görə də Xəzinədarlıq yardımı asanlaşdırmaq üçün əlavə addımları atır”, – məlumatda deyilir.

Bu lisenziyalardan ikisi ABŞ-ın və BMT kimi bir sıra beynəlxalq təşkilatların rəsmilərinə “Taliban”ın iştirakı ilə əməliyyatlar aparmağa icazə verir. Əməliyyatlar Vaşinqtonun və ya müvafiq beynəlxalq strukturların rəsmi fəaliyyəti çərçivəsində həyata keçirilir. Üçüncü lisenziya Əfqanıstanda humanitar layihələrdə iştirak edən qeyri-hökumət təşkilatlarının sanksiyalardan azad edilməsini nəzərdə tutur.

Lisenziyalara vergilərin, rüsumların, gömrük rüsumlarının ödənilməsi, icazələrin alınması və ya əldə edilməsi, kommunal xidmətlərin ödənilməsi daxildir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər