Neftin qiyməti həftənin cümə axşamına Omikron ştamının bəzi ölkələrdə təhlükəsiz olması, zəifləyən ABŞ dolları, qlobal iqtisadi bərpanın sürətlənəcəyi və bir sıra önəmli şəxslərin (məsələn, Bill Qeyts və ÜST-ün açıqlamaları) növbəti illə bağlı müsbət mesajlarının yaratdığı optimizimlə bahalaşır.
Banker.az xəbər verir ki, Brent neftinin fevral fyuçersləri üzrə qiyməti 12 sent, yaxud 0.16% artımla 75.40 dollar/barrel səviyyəsinə yüksəlib. Bəzi saatlarda 76 dollara yaxın bir qiymətə yüksəlmişdir.
Qərbi Texas Nefti (WTI) NYMEX birjasında 16 sent, yaxud 0.22% artımla 72.92 dollar/barrel səviyyəsinə qalxıb.
ABŞ dollarının zəifləməsi neft bazarını və digər valyutaları ruhlanıdır. ABŞ-da istehlak inamının son bir ayda gözləntilərdən daha çox inkişaf etməsi dolları son bir həftənin minimumuna salıb. Son bir ildə ABŞ-da qiymətlər orta hesabla 6,8% artıb. Bu isə ölkədə illik inflyasiyanın 1982-ci ildən bəri rekord həddə çatmasıdır. ABŞ dollarının 6 əsas rəqib valyuta qarşısındakı indeksi (EUR, JPY, GBP,CAD, SEK, CHF) 96.015 səviyyəsinə qədər geriləmə yaşadı. Bu ara günlərdə hətta 96.600 səviyyələrini də ötmüşdü.
Nefin qiymətində təsir edən amilərdən biri də Livyada günsəlik 300 min barrel hasilat gücünə sahib olan yatağın ölkədə qeyri-sabitlik səbəbindən dayandırılması da təsir edə bilir. Bu bazarda neft təchizatı ilə bağlı bir sıra çətinliklər yarada bilir.
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, koronavirusun “omikron” ştamı yaxın həftələrdə bir çox Avropa ölkələrində dominant olacaq.