ABŞ prezidenti Co Bayden 2024-cü ildə bir daha seçilməyə hazır olub-olmadığına aydınlıq gətirib.
Banker.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, çox şey onun sağlamlıq vəziyyətindən asılıdır: əgər indiki səviyyədə olsa, o, seçkilərə qatılacaq. Jurnalist Baydendən Donald Trampın yenidən rəqibə çevrilməsinə necə münasibət bəslədiyini də soruşub.
“Niyə də Donald Trampla rəqabət aparmayım? Bu, mənim seçkilərdə iştirak etmək şansımı artıracaq”, – deyə prezident söyləyib.
Xatırladaq ki, ABŞ-ın 46-cı prezidentinin seçkiləri 3 noyabr 2020-ci ildə keçirilib. Səslərin sayılması prosesi bir qədər uzansa da, nəticədə demokrat Co Bayden qalib oldu.
Respublikaçı Tramp məğlubiyyətini sona qədər etiraf etməyib və seçilmiş prezidentin andiçmə mərasimində iştirakdan imtina edib – bu, 150 ildə ilk dəfə baş verib. Növbəti seçkilər 2024-cü ildə planlaşdırılır.