6 C
Baku
Sunday, December 15, 2024

2021-ci ildə təqdim olunan 13 ən yaxşı yeni avtomobil – Fotolar

“Forbes Life” 2021-ci ildə təqdim olunan ən yaxşı yeni avtomobillərin siyahısını dərc edib. Qeyd edək ki, reytinq təhlükəsizlikdən tutmuş səmərəliyə qədər yeddi kateqoriya üzrə qiymətləndirmə əsasında tərtib olunub.

1. Bentley Continental GT Speed

bentley

Yeni “Bentley GT Speed” ​​​​o qədər möhtəşəm və cəsarətlidir ki, onun təqdimatında İtaliyanın Komizo şəhərində nəqliyyatın hərəkəti dayandırılıb.

2. Rolls Royce Ghost

rolls

“Ghost” – “Rolls Royce” şirkətinin özü-özünü idarə edən ilk elektrikli avtomobilidir. Şirkət ilk növbədə avtomobilin yaratdığı təəssürata böyük diqqət yetirib.

3. Porsche Taycan Cross Turismo

taycan

2021-ci ildə “Porsche” markası yeni “Taycan Cross Turismo” elektrik avtomobilini təqdim edib. Bu modeli “Taycan”dan fərqli olaraq böyük güc və daha uzun gediş məsafəsi kimi üstünlüklərə malik olduğu bildirilir.

4. Mercedes-Benz-C-Class W206

mercedes

2021-ci ildə “Mercedes-Benz” şirkəti “S-Class”dan sonra ikinci flaqman tituluna sahib olan yeni “C-Class W206” avtomobilini təqdim edib. Model bir neçə mühərrik variantı ilə təqdim olunur: bir və iki litrlik turbin mühhərik, iki litrlik dizel.

5. BMW M4 Competition

BMW M4 Coupe Competition 1

2021-ci ildə “BMW” şirkəti yeni “M4 Competition” idman avtomobilini təqdim edib. Şəkildən göründüyü kimi, model əvvəlki 4-cü nəsil kupe avtomobilinə bənzəsə də, daha sərt dizayndadır.

6. Lexus LX

Bu il Yaponiyanın “Lexus” markası VIP konfiqurasiyada “LX” avtomobilinin benzin və dizel versiyalarını yeniləyib. İndi avtomobil avtomatik olaraq yoldakı vəziyyəti “oxuyur”,  sürücülərin və piyadalara mane olmamaq üçün lazımi işıq sahələrini bağlayır.

7. Audi Q5

2021 audi q5

Yenilənmiş “Audi Q5”  istənilən yolsuzluğun öhdəsindən gələcək krossoverdir. İstər  istər kəndləri gəzməyi, istərsə də vəhşi çimərlikdə dincəlməyi seçməyinizdən asılı olmayaraq, “Audi Q5” yüksək performansı sayəsində qum və palçıqdan çıxacaq.

8. Infiniti QX60

90f7ce8c51bc9b46869069a2fd70770d

2021-ci ilin iyun ayında “Infiniti” ikinci nəsil “QX60” krossoverini təqdim edib. Bu, markanın ən populyar və təhlükəsiz modellərindən biridir.

9. Toyota Land Cruiser 300

2021-ci ildə “Toyota” əfsanəvi” Land Cruiser” yolsuzluq avtomobilinin dizel mühərrikli versiyasını təqdim edib. Markanın fikrincə, maksimum konfiqurasiyada belə mühərrikə malik avtomobillər “Land Cruiser” ailəsinin hər yeni nəslində bestsellerə çevrilir.

10. Mazda CX-9 Century Edition

e4ae335fb1f265fd679446e675705218

2020-ci ildə Yaponiyanın “Mazda” şirkəti 100 illik yubileyini qeyd edib və bu hadisənin şərəfinə yeni “CX-9 Century Edition” krossoverinin xüsusi versiyasını buraxıb.

11. Jeep Wrangler 4xe

26000314 web1 TSR Jeep Front EDH

Yeni “Jeep Wrangler 4xe” yolsuzluq avtomobili hibrid ötürücü sistemlə təchiz olunub, onun sayəsində avtomobil şəhərdə 50 km-ə qədər məsafə qət etməklə elektrik rejimində hərəkət edə bilir.

12. Volvo XC60

volvo

“Volvo XC60 Recharge” hibrid krossoveri elektrikli avtomobillərə tədricən öyrəşmək və ətraf mühitin mühafizəsi gündəminin əbədi olaraq avtomobil sənayesinin bir hissəsinə çevrildiyini dərk etmək üçün əla seçimdir.

13. Skoda Octavia

octavia rs 19 scaled 1

“Style Plus Skoda Octavia” – bu markanın ən qənaətcil və çevik avtomobillərindən biridir.

Model üç müxtəlif mühərriklə mövcuddur – 1.6 litrlik 110 at gücündə atmosfer turbomühərrik, 1.4 litrlik 150 at gücündə TSI turbomühərrik və 2 litrlik 190 at gücündə mühərrik.

Son xəbərlər
Digər xəbərlər