7 C
Baku
Sunday, December 15, 2024

PAŞA Kapital İnvestisiya Şirkəti Azərbaycan Supermarket MMC-nin 10 milyon manatlıq növbəti istiqraz buraxılışını həyata keçirəcək

PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən 28 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Supermarket MMC-nin ikinci tranş faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları yerləşdiriləcəkdir. Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, ümumi həcmi 10 000 000 manat, tədavül müddəti 3 il, illik faiz dərəcəsi 10,5 faiz təşkil edir.Hərracda iştirak etmək istəyən investorlar PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edə bilər.

Xatırladaq ki, Azərbaycan Supermarket MMC-nin birinci tranş üzrə istiqrazlarına tələbat təklifdən artıq olmuş və hərracın nəticələrə görə istiqrazlar üzrə ortalama gəlirlilik 8,97 faiz, kəsmə gəlirlilik isə 9,25 faiz təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər