13 C
Baku
Sunday, November 24, 2024

“Böyük Fırat” cərimələndi – Tam siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 23-də ölkə üzrə 376 ictimai iaşə obyektində 651 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Salyan şosesi ilə Ə. Yaqubov küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Cəfərov Səxavət Əjdər oğluna məxsus kafe;

2. Bakı şəhəri, Yasamal rayonu, H. Cavid pr., ev d, 556/557-ci məhəllədə yerləşən, fiziki şəxs Emin Kəklikə məxsus “Böyük Firat” restoranı;

3. Bakı şəhəri, Suraxanı‎ rayonu, Yeni Günəşli qəs., “D” yaşayış sahəsi, ev 20 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Rizvan Əvəz oğluna məxsus “Ləvəngi” restoranı.

Son xəbərlər
Digər xəbərlər