20 C
Baku
Friday, October 11, 2024

Bakıdakı ən hündür binanın həmsahibləri ayrıldı

“Azinko Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azvil Tikinti” MMC-dən ayrılır.

Banker.az xəbər verir ki, “Azvil Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti iştirakçısı “Azinko Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Azvil Tikinti” MMC-dən ayrılması ilə əlaqədar “Azvil Tikinti” MMC-nin nizamnamə kapitalını azaltdığını elan edir.

Kreditorlar 1 (bir) ay müddətində AZ1065, Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49 B, məhəllə 1054 ünvanına müraciət edə bilərlər.

Xatırladaq ki, “Azinko Holdinq” Bakının ən hündür göydələni olan “Baku Tower”in sahibidir. “Azinko Holding” MMC və “Azvil Tikinti” MMC-nin Bakıda yeni biznes mərkəzi tikmək planı haqqında ilk məlumat 2014-cü ildə yayımlanmışdır. Lakin həmin məlumatda binanın 49 mərtəbəli olacağı və 252 metr hündürlükdə planlaşdırılması bildirilirdi. Layihənin “Arxin-M Ltd” tərəfindən hazırlanması, memarın isə Eren Yorulmazer olduğu bildirilir.

Onu da qeyd edək ki, “Azinko Holdinq” 2006-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Akif Həsənovdur.

Son xəbərlər
Digər xəbərlər