10 C
Baku
Thursday, November 28, 2024

Energetik içkilərə, xurma və meyvə şirələri tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb

Azərbaycana idxal edilən xurma, meyvə-tərəvəz şirələri, meyvə-tərəvəz suyu və energetik içkilərə tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, həmin məhsulların idxal rüsumlarının qüvvədə olma müddəti 31.12.2023-cü il tarixinədək uzadılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər