Braziliya hökuməti təhsil müəssisələrinə işçilərdən və tələbələrdən koronavirus infeksiyasına qarşı peyvənd sertifikatı tələb etməyi qadağan edib.
Müvafiq sərəncam rəsmi mətbuatda dərc olunub.
“Federal təhsil müəssisələrinin əyani təhsil siniflərinə qəbul meyarı kimi COVID-19-a qarşı peyvənd tələblərinin müəyyən edilməsi yolverilməzdir. Onlar yalnız Milli Şuranın təhsil üzrə sanitar protokollarına və qaydalarına əməl etməlidirlər”, – sərəncamda qeyd edilir.
213 milyon əhalisi olan Braziliyada demək olar ki, 143,3 milyon insan koronavirusa qarşı tam peyvənd olunub. 15,5 milyondan çox insan təkrar peyvənd olunub, 18 milyona yaxın braziliyalı əsas peyvənd kursunu başa vurmayıb. Pandemiyanın başlanğıcından indiyədək respublikada 22,2 milyondan çox insan koronavirusa yoluxub, 618 minə yaxın insan isə dünyasını dəyişib.