14 C
Baku
Saturday, November 23, 2024

Dünyanın ən iri mebel şirkəti məhsullarının qiymətini artırır

Mebel və müxtəlif ev əşyaları istehsal edən İsveç mənşəli “IKEA” şirkəti öz məhsullarının qiymətini orta hesabla 9 % artıracaq.

Bunu “IKEA” beynəlxalq mağazalar şəbəkəsini idarə edən “INGKA Group”un pərakəndə satışlar üzrə meneceri Tolqa Öncü deyib.

Onun sözlərinə görə, malların daşınma xərcləri artır və şirkət onların bir hissəsini müştərilərin üzərinə qoymaq məcburiyyətində qalıb.

Qeyd edilir ki, “IKEA” hələ də əhəmiyyətli dərəcədə xəclərin artmasına gətirib çıxaran nəqliyyat və xammal məhdudiyyətləri ilə üzləşir. Bu, daha çox Şimali Amerika və Avropada müşahidə edilir. Gözləntilərə görə, bu cür vəziyyət 2022-ci ildə də davam edəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər