14 C
Baku
Saturday, November 23, 2024

Gürcüstanda inflyasiya rekord həddə çatdı

Gürcüstanda illik inflyasiya 3 faiz hədəflə 13,9 faiz təşkil edib.

Bu barədə Sakstat Milli Statistika Xidmətindən (Geostat) bildirilib.

Məlumata görə, il ərzində kommunal xidmətlərin dəyəri 43,5 faiz, nəqliyyat xidmətlərinin dəyəri 17,3 faiz, mehmanxana və restoran xidmətlərinin dəyəri 14 faiz, səhiyyə xidmətlərinin dəyəri 7,9 faiz artıb.

Dekabrda ərzaq məhsullarının qiymətləri illik müqayisədə 15,6 faiz artıb.

Ən çox bitki yağı (24,5 faiz), tərəvəzlər (20,7 faiz), çörək və çörək məhsulları (20,2 faiz), şəkər (19,8 faiz), süd və yumurta (15,3 faiz) və balıq (2,3 faiz) bahalaşıb.

2021-ci ilin noyabr ayı ilə müqayisədə dekabr ayında inflyasiya 0,3 faiz təşkil edib. Noyabrda isə aylıq inflyasiya 0,6 faiz olub.

 

 

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər