16 C
Baku
Friday, October 18, 2024

ABŞ “Pfizer” həblərinin satınalma həcmini iki dəfə artıracaq

ABŞ “Pfizer” şirkətinin koronavirusa qarşı həblərinin satınalma həcmini azı iki dəfə artıracaq.

Bu barədə ölkə Prezidenti Cozef Bayden məlumat verib.

İlkin olaraq, 10 milyon doza preparatın alınması planlaşdırılırdı.

Qeyd edək ki, “Pfizer” şirkətinin həbləri “Paxlovid” adlanır. Bu həblərdən xəstəliyin simptomlarının meydana gəlməsindən sonra 5 gün ərzində istifadə etmək tövsiyə olunur. ABŞ-da bu dərman vasitəsindən istifadəyə ötən ay icazə verilib. Onun yan təsirləri sırasında dadbilmə hissinin itirilməsi, diareya, yüksək təzyiq və əzələ ağrıları göstərilir.

Son xəbərlər
Digər xəbərlər