5 may tarixində Croisette-də Kannda 4 nəfər silahlı şəxs Cartier butikini qarət etmişlər. BFMTV-nin polisə istinadən verdiyi məlumata görə, şübhəli şəxslər vitrinlərdə olan zinət əşyalarını qarət edərək qaçmışlar.
Qarət edilən zinət əşyalarının ümumi dəyəri hələ ki, təyin edilməyib. Maskalı şəxslər tapança ilə silahlanmışdılar. Polislərin bildirdiyinə görə, qarət 5-10 dəqiqə arası bir vaxtda həyata keçirilmişdir.
Croisette-də 70-ə yaxın lüks brendlərdən ibarət geyim və zərgərlik mağazaları var. Ənənəvi olaraq Kann festivalından əvvəl burada təhlükəsizlik tədbirləri artırılır, xüsusən də oğrulara qarşı. Qeyd edək ki, Kann festivalı 13-24 may tarixləri ərzində baş tutacaq.