ABŞ-ın maliyyə xidmətləri keçirən “VISA Inc.” transmilli şirkəti Azərbaycanda yeni şirkət təsis edib.
Banker.az xəbər verir ki, “VİSA Azərbaycan” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2 noyabr 2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 60 min ABŞ dolları olmaqla Bakı şəhəri Nəsimi rayonu, Feyzulla Qasımzadə ev.9, məhəllə 964 m.37 ünvanında dövlət qeydiyyatına alınıb.
Şirkətin direktoru Nurlan Hacıyev Rövşən oğludur.
N.Hacıyev buna qədər “VISA” şirkətinin Azərbaycan bölməsində biznesin inkişafı üzrə direktordur.