14 C
Baku
Saturday, May 4, 2024

Qazaxıstanda məktəblilərin tətili uzadılıb

Qazaxıstanda məktəblilərin tətili yanvarın 17-dək uzadılıb. Kollec və universitet tələbələri üçün ikinci semestr yanvarın 24-də başlayacaq.

Banker.az xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.

Yanvarın 2-dən Qazaxıstanda kütləvi etirazlar dayanmır. Yanacağın kəskin bahalaşması ilə əlaqədar ölkənin qərbində icazəsiz aksiyalar başlayıb, daha sonra hadisələr digər regionlara da yayılıb.

Yanvarın 5-nə keçən gecə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yaranmış vəziyyətə görə günahlandırdığı hökuməti istefaya göndərib. Çərşənbə günü xalqa müraciətində o, yanvarın 5-dən ölkənin Təhlükəsizlik Şurasına rəhbərlik edəcəyini açıqlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər