13 C
Baku
Thursday, November 27, 2025

“Bank Standard” iş rejimini dəyişdi

Bu ilin iyun ayında ölkədə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar “Bank Standard”ın bütün filialları 1 may – 1 iyul tarixləri arasında yeni iş rejiminə keçir.

Bankdan verilən məlumata görə, göstərilən müddət ərzində “Bank Standard”ın baş ofisi və filialları bazar ertəsi – cümə günləri saat 09:00-dan 17:00-dək (fasilə 13:00-dan 14:00-dək olmaqla; Müştəri Xidmət Mərkəzi – fasiləsiz), şənbə günü – 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

Əlavə məlumatı bilavasitə bankın filiallarında və ya “158” nömrəsinə zəng vuraraq əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər