7 C
Baku
Thursday, December 12, 2024

Manatla verilən kreditlərin orta faiz dərəcəsi artıb

1 Aprel 2015-ci il tarixində ölkədə kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,15 %, xarici valyuta ilə 13,08% təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, əvvəlki ayla müqayisədə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsinin artmasına baxmayaraq, dollarla verilən kreditlərin faiz dərəcəsində azalma müşahidə olunub.

Həmçinin hüquqi şəxslər üzrə kreditlərin orta faiz dərəcəsi manatla 9,78%, xarici valyuta ilə 8,89%, fiziki şəxslər üzrə isə manatla 18,65%, xarici valyuta ilə isə 21,75% təşkil edib.

O cümlədən 1 aya qədər verilən kreditlər manatla 16,56%, xarici valyuta ilə 14,02%, 1 ilə qədər verilən kreditlər üzrə orta faiz dərəcəsi isə manatla 18,42 %, xarici valyuta ilə 10,87% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər