7 C
Baku
Sunday, January 12, 2025

İranda dərslər və imtahanların əyani keçirilməsi haqqında qərar qəbul olunub  

İranda məktəb və universitetlərdə dərslərin eləcə də imtahanların əyani keçirilməsi haqqında qərar qəbul olunub.

Bu barədə İran prezidenti İbrahim Rəisi Koranavirusla mübarizə qərargahının iclasında deyib.

İ.Rəisi bildirib ki, ölkədə yoluxma və ölüm sayı azaldığı üçün dərslərun və imtahanların əyani keçirilməsinə qərar verilib.

O əhalini sağlamlıq protokollarına əməl etməyə çağırıb və onlardan peyvəndin üçüncü dozasını da vurdurmağı istəyib.

O bildirib ki, ölkədə peyvənd təminatı ilə bağlı heç bir çatışmazlıq yoxdur.

Qeyd edək ki, İranda yanvar ayının 7 nə olan statistikaya əsasən, 19 nəfər koronavirusdan (COVID-19) ölüb. 1178 nəfər koronavirusa yoluxub. Ölkədə COVID-19-a yoluxanların sayı 6204224 nəfərə çatıb.

 

 

Son xəbərlər
Digər xəbərlər