Türkiyə və ABŞ arasında yaxın günlərdə F-35-lərlə bağlı danışıqlar aparılacaq.
Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar danışıb.
Onun sözlərinə görə, görüş ABŞ-da keçiriləcək.
Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit raket kompleksləri aldıqdan sonra F-35 proqramından çıxarılıb.