12 C
Baku
Saturday, November 9, 2024

Dollar kreditlərinin taleyi ilə bağlı – Məhkəmə iclası baş tutdu

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun dollar kreditlərinin hansı məzənnə ilə qaytarılmasını aydınlaşdırmaq üçün iclası keçirilib.

Prosesdə tərəflər dinlənilib və Konstitusiya Məhkəməsinin sədri bildirib ki, yaxın günlərdə dollar kreditləri ilə bağlı qərar açıqlanacaq.

Qeyd edək ki, məhkəmədə tərəflər Göyçay Rayon Məhkəməsi, Ombudsman Aparatı, qarşı tərəfdə isə Azərbaycan Mərkəzi Bankı və Milli Məclis olub. Belə ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərmişdi.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər