25 C
Baku
Monday, April 29, 2024

Tokayev: “KTMT-nin Qazaxıstandakı missiyası başa çatıb”

KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb, bunu ölkə prezidenti Kasım-Jomart Tokayev deyib.

Banker.az xəbər verir ki, onun sözlərinə görə, hərbi qüvvələrin çıxarılması prosesi yanvarın 13-dən başlayacaq və 10 gündən çox çəkməyəcək.

Yardım xahişi ilə Qazaxıstan hakimiyyəti yanvarın 6-da ölkədə iğtişaşlar və inzibati binaların ələ keçirilməsi fonunda alyans ölkələrinin rəhbərlərinə müraciət edib. KTMT-yə müraciətdə ölkədə baş verənlər beynəlxalq terror qruplarının iştirakı ilə xarici təcavüz kimi qiymətləndirilib.

Ertəsi gün isə ölkəyə sülhməramlı missiyanın yeridilməsinə başlanılıb. Yanvarın 10-da Tokayev bildirib ki, ölkəyə Rusiya, Belarus, Qırğızıstan və Ermənistandan 2 300 KTMT sülhməramlısı və 250 texnika yerləşdirilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər