15 C
Baku
Sunday, November 24, 2024

“Bolt” $711 mln. qiymətləndirmə ilə $8.4 mlrd. cəlb edib

Estoniyanın “Bolt” taksi şirkəti 711 milyon dollar qiymətləndirmə ilə “Sequoia Capital” və “Fidelity”nin iştirakı ilə yeni investisiya raundunda 8.4 milyard dollar cəlb edib. Qeyd olunur ki, cəmi beş ay əvvəl bu göstərici 4.8 milyard dollar olub.

“Şəhərlər getdikcə şəxsi avtomobillərdən imtina edirlər və taksi, eləcə də “shared mobility”nin digər variantlarına üstünlük verirlər”, – deyə “Bolt”un qurucusu və baş direktoru Markus Villinq söyləyib.

2013-cü ildə qurulan “Bolt” London və Paris kimi əsas bazarlarda Amerika taksi xidmətinə meydan oxuyaraq “Uber”ə rəqib olub. O vaxtdan bəri, şirkət restoran və ərzaq mağazalarından yeməklərin çatdırılması və elektrikli skuterlərin icarəsi də daxil olmaqla bir neçə biznes açıb.

2021-ci ildə “Bolt” Estoniyada “Bolt Market” adlı 15 dəqiqə ərzində ərzaq çatdırılması xidmətini işə salıb. Şirkət yalnız onlayn sifarişləri yerinə yetirən və offlayn olaraq müştərilərə xidmət göstərməyən “qaranlıq” mağazalardan (darkstore) istifadə edir. Hal-hazırda bu xidmət dünyanın 10 ölkəsində fəaliyyət göstərir.

Ən son maliyyə hesabatına görə, “Bolt” 2020-ci ildə bir il əvvəlki 85.5 milyon avro ilə müqayisədə 44.9 milyon avro itirib. Gəlir təxminən 75% artaraq 221.4 milyon avroya çatıb.

Noyabr ayında “Uber” daha çox sürücü cəlb etmək üçün Londonda qiymətləri qaldıracağını açıqlayıb, “Bolt” isə əskinə, Böyük Britaniyanın üç şəhərində sürücülərə gediş haqqını müstəqil şəkildə təyin etməyə icazə verib.

Son xəbərlər
Digər xəbərlər