14 C
Baku
Saturday, November 23, 2024

“AZENCO” 4 milyon manata yaxın zərər açıqladı

“Azenco” ASC 2020-ci ili 3 milyon 721 min manat zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 11 milyon 741 min manat mənfəətlə çıxmışdır.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ildə “Azenco” ASC-nin gəlirləri 24 milyon 48 min manat (illik müqayisədə 40% az), satışlar və xidmətlərin maya dəyəri 26 milyon 601 min manat (29.2% çox) təşkil edib.

Ötən ilin yanvarın 1-nə “Azenco” şirkətinin cəmi aktivləri 254 milyon 51 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% azalma deməkdir.

2020-ci ilin sonuna şirkətin öhdəlikləri illik müqayisədə 16% azalaraq 91 milyon 271 min manat, cəmi kapitalı isə 4% azalaraq 162 milyon 780 min manat təşkil edib.

Xatırladaq ki, “Azenco” ASC 2002-ci ildə yaradılıb, Azərbaycanın aparıcı enerji-tikinti şirkətidir. Onun nizamnamə kapitalı 6 837 298 manatdır. Şirkət “Azenco” Group” MMC-yə daxildir. Bu holdinq “Expressbank” ASC-nin səhmlərinin təxminən 48.8%-nə nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər