10 C
Baku
Friday, December 13, 2024

ОК necə yaranıb?

Bu barədə ən geniş yayılmış fərziyyə bundan ibarətdir:

OK – “all correct” söz birləşməsinin yalnış olaraq “oll korrect” şəklində yazılmasından sonra yaranıb. “All correct” isə aydın məsələdir ki, “hər şey qaydasındadır” kimi tərcümə olunur. OK-i 1840-cı illərdə bostonlu qəzetlər populyarlaşdırmışdır. Bu dövrlərdə sözləri və yaxud söz birləşmələrini zarafat xətrinə səhv şəkildə yazmaq dəbdə idi.

Digər bir əfsanəyə əsasən, new-yorklu demokratlar daha sonradan bu ifadəni özlərinin namizədi Martin van Büreni dəstəkləmək üçün populyarlaşdırmışdılar. Martin van Büren 1837-ci ildən 1841-ci ilə qədər ABŞ prezidenti olmuşdur. Onun Old Kinderhook – “Köhnə Kinderhook” (Kinderhook onun doğulduğu şəhərin adı idi) ləqəbi var idi. OK isə onun ləqəbinin qısaldılmış forması idi.

Son xəbərlər
Digər xəbərlər