7 C
Baku
Thursday, December 12, 2024

Növbəti 10 ildə bəşəriyyət üçün kritik təhlükələr – Araşdırma

Yoluxucu xəstəliklər, iqlim problemləri, təbii ehtiyatların siyasiləşdirilməsi və artan rəqəmsal uçurum yaxın 10 il ərzində bəşəriyyət üçün əsas təhlükələr olacaq.

Banker.az xəbər verir ki, bu barədə İsveçrə Dünya İqtisadi Forumu (WEF) tərəfindən hazırlanan “Qlobal risklər – 2022” adlı dair hesabatın müəllifləri məlumat veriblər. Eyni zamanda onlar təhdidlər arasında gənclərin artan narazılığını və iqtisadi bərabərsizliyi qeyd ediblər.

Yaxın gələcəkdə respondentlərin əksəriyyəti yoluxucu xəstəliklərin, o cümlədən COVID-19-un yayılması təhlükəsindən, pul çatışmazlığından və artan rəqəmsal uçurumdan qorxur. “Rəqəmsal inklüzivlik irəliləyiş artan rəqəmsal asılılıq, sürətlənən avtomatlaşdırma, eləcə də informasiya ilə manipulyasiyalarla təhdid edilir”, – deyə tədqiqatda deyilir.

Respondentlərin fikrincə, yaxın 3-5 ildə bəşəriyyət iqtisadi risklər, qiymət dəyişkənliyi, borc böhranları və təbii ehtiyatların siyasətləşdirilməsi ilə təhdid olunur. Gələcək illər üçün əsas risklər arasında dövlətlər arasında mümkün münaqişələr və “gənclərin məyusluğu” vurğulanır.

Hesabatda deyilir ki, gənc nəsil maliyyə böhranının nəticələrini yaşayıb, sosial bərabərsizliyə məruz qalıb və təhsil, iqtisadi dünyagörüşü və psixiki salamlıq sahəsində ciddi problemlərlə üzləşib.

Bununla belə, növbəti 10 ildə respondentlər ən çox iqlim dəyişikliyindən narahatdırlar, o cümlədən:

– biomüxtəlifliyin itirilməsi;

– təbii sərvət böhranları;

– iqlim dəyişikliyi ilə mübarizədə uğursuzluq;

– ekstremal hava şəraiti.

Respondentlər həmçinin növbəti 10 ildə ən ciddi risklər kimi “borc böhranları”, “geoiqtisadi ziddiyyətlər”, kütləvi qırğın silahlarının yayılması, dövlətçiliyin və beynəlxalq münasibətlərin dağılmasını müəyyən ediblər.

Hesabat müəllifləri qeyd edirlər ki, yuxarıda göstərilən bütün problemlər sosial birliyi poza və geosiyasi risklərə səbəb ola bilər.

Həmçinin qeyd olunur ki, respondentlər arasında yalnız 16% ölkələrin inkişaf perspektivlərini müsbət və nikbin qiymətləndirir, yalnız 11% dünya iqtisadiyyatının bərpasının sürətlənəcəyinə inanır. Əksər respondentlər qarşıdakı 3 ilin cəmiyyəti qaliblərə və məğlublara bölən dünyada dramatik dəyişikliklərlə yadda qalacağını gözləyirlər.

Xatırladaq ki, Tasmaniya adasının qərb sahilində yaşayan sakinlər 2022-ci ilin sonuna qədər Yer üzündəki həyat iqlim fəlakətləri ilə başa çatarsa, sivilizasiyanın son onilliklərinə dair məlumatları qeyd edən registrator yaratmaq niyyətindədirlər. Cihaz avtobus ölçüsündə olacaq və günəş panellərindən enerji alacaq. Ehtimal olunur ki, sağ qalanlar bu “qara qutu”nu tapa və bəşəriyyətin fəlakətdən əvvəlki son illəri haqqında məlumat ala biləcəklər.

Son xəbərlər
Digər xəbərlər