Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTM sülhməramlı kontingentinin mütəşəkkil çıxarılmasının yanvarın 13-ü başladığını açıqlayıb. Dövlət başçısı əlavə olaraq qeyd edib ki, KTMT kontingentinin Qazaxıstanda olması vəziyyətin sabitləşməsində çox mühüm rol oynayıb.
Banker.az xəbər verir ki, Qazaxıstan prezidenti KTMT-nin respublikadakı missiyasını çox uğurlu kimi qiymətləndirib.