Forbes tərəfindən hazırlanan 2015-ci il üzrə dünyanın 2000 nəhəng şirkəti sırasında ilk pillənin sahibi Çinin ICBC bankı oldu.
Növbəti 3 pillənin də sahibi ÇXR-nın – China Construction Bank, Agricultural Bank of China və Bank of China oldu. Onların ardınca isə Berkshire Hathaway, JPMorgan Chase və ExxonMobil gəlir.
Bundan əlavə, Toyota 11, Royal Dutch Shell şirkəti isə 13-cü pillədə qərarlaşmışdır.
İllik gəlir üzrə dünya lideri adına isə Amerikanın supermarket şəbəkəsi olan Wal-Mart Stores sahib oldu və onun illik gəliri 486 milyard dollar təşkil edir.
Maksimum həddə gəliri isə keçən il Britaniyanın Vodafone şirkəti əldə etmişdi. Bu zaman şirkət 77,4 milyard dollar qazanmışdı. Bu il Forbes lideri olan ICBC keçən il 44,8 milyard dollarla ikinci, Apple Inc. şirkəti isə 44,5 milyard dollarla üçüncü olmuşdu.