2015-ci ilin aprel ayının sonuna olan göstəricilərə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 8 milyard 387,9 milyon dollar təşkil edib.
Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
MB-nın məlumatına görə, bu, mart ayının yekunlarına ilə müqayisədə 1 milyard 84,2 milyon dollar və ya 11,45% azdır.
Qeyd edək ki, 2015-ci ilin yanvar ayı ilə müqayisədə azalma 5 milyard 370,4 milyon dollar təşkil edib.
faktxəbər