Yeni “OnePlus 10 Pro” smartfonu təqdim olunub

“OnePlus” brendin cərgəsində flaqman cihaz olacaq yeni “10 Pro” smartfonunu təqdim edib.

Banker.az xəbər verir ki, Çində satışa çıxarılan bu model 2022-ci ilin yanvarında “Android 12” üzərində işləyən “ColorOS 12.1” sistemini alacaq.

1642048949 oneplus 10 pro 1 1641885576 1

Yenilik “Snapdragon 8 Gen 1” prosessoru, 6.7 düymlük AMOLED-displey, 8 və ya 12 GB operativ, o cümlədən 128 və ya 256 GB daxili yaddaşla təchiz olunub. Smartfonun batareyasının tutumu 5000 mAh təşkil edir.

screenshot 2022 01 11 001 1

Qeyd edək ki, “OnePlus 10 Pro” smartfonunun əsas özəlliyi onun kamerasıdır. Qabaq kamera 32 MP, arxa kamera isə 48 MP + 50 MP + 8 MP moduldan ibarətdir. Cihazın kameralarının sazlanmasında fotokamera istehsalçısı “Hasselblad” iştirak etmişdir.

Son xəbərlər
Digər xəbərlər