Banker.az saytı olaraq bu dəfə sizə 2015-cü ilin I rübü üzrə Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərini təqdim edirik.
Bəzi banklar qeyd olunan tarix üzrə aktivləri haqqında hesabatlar dərc etsələr də çox təəssüff olsun ki, ölkədə fəaliyyət göstərən digər banklar I rüb üzrə aktivləri haqqında heç bir məlumat açıqlamayıblar.
DəmirBank, AG Bank və Xalq Bank isə sadəcə cari ilin I və II ayına aid hesabatlarını dərc ediblər.
Belə ki, 01.03.2015 tarixi üzrə DəmirBank-ın aktivləri 480 166 300 AZN, AG Bankın 31.01.2015 tarixi üzrə aktivləri 446 213 118 AZN, Xalq Bank-ın aktivləri isə 31.01.2015 tarixində 1 193 629 520 AZN təşkil edib.