Turkiyə şirkəti Azərbaycanda nümayəndəlik açır.
Banker.az xəbər verir ki, “Özyurt Silah Sanayi Anonim Şirketi”nin Azərbaycan Respublikasında nümayəndəliyi açılır.
Bu şirkətin qanuni təmsilçisi Mamedov Natiq Rafiq oğludur, hüquqi ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev ev 52-dir.
Qeyd edək ki, Özyurt Silah Sənayesi Türkiyənin müxtəlif ölçülərdə tapança, xüsusi tüfəng və onların ehtiyat hissələri istehsal edən aparıcı silah istehsalçısı şirkətlərindən biridir.