8 C
Baku
Thursday, December 12, 2024

Əfqanıstanda dövlət universitetləri iqtisadi çətinliklərdən sonra yenidən açılır

Əfqanıstanda dövlət universitetlərində yaxın vaxtlarda təhsil prosesi bərpa olunacaq.

Bunu “Taliban” müvəqqəti hökumətinin ali təhsil naziri Şeyx Əbdülbaki Həqqani deyib.

Həqqaniyə görə, Əfqanıstanda dövlət universitetlərinin bağlanmasına səbəb iqtisadi çətinliklər olub.

O xatırladıb ki, ölkədə 40 dövlət, 150 özəl universitet var. Eyni zamanda, özəl ali məktəblərdə tədris prosesi davam edir.

Nazir, həmçinin Əfqanıstanda beynəlxalq standartlara uyğun dövlət universitetinin tikintisi istiqamətində işlərin aparıldığını bildirib.

“Ölkənin bütün təhsil müəssisələri şəriət və İslam ehkamlarına əməl etməlidir”, – Həqqani əlavə edib.

 

 

Son xəbərlər
Digər xəbərlər