Böyük Britaniya kraliçası II Yelizaveta oğlu, zorlamada ittiham olunan şahzadə Endryunu hərbi rütbələrindən məhrum edib.
Bu barədə Bukingem Sarayının “Twitter” səhifəsindəki rəsmi açıqlamada bildirilir.
“Kraliçanın təsdiqi və razılığı ilə York hersoqunun fəxri hərbi rütbələri və kral himayədarlığı Kraliçaya qaytarıldı. York hersoqu heç bir ictimai vəzifə yerinə yetirməyəcək və məhkəmə işində fərdi şəxs kimi özünü müdafiə edəcək”, – paylaşımda bildirlib.
Qeyd edək ki, bundan sonra şahzadə Endryu daha təvazökar yaşamalı və Vindzor qəsri yanındakı mülkdən köçməli olacaq.