13 C
Baku
Friday, November 22, 2024

Tarif Şurası 168 dərmanın qiyməti ilə bağlı qərar verib

Azərbaycanda yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Bu barədə Tarif (qiymət) Şurasının iclasında qərar verilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13 032 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər