14 C
Baku
Saturday, November 23, 2024

Ukrayna və Gürcüstan NATO-ya üzv olur

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ukrayna və Gürcüstanın alyansa üzv olması ilə bağlı qərar verib. Qeyd olunur ki, ölkələrin təşkilata üzv olacağı vaxt hələ müəyyən edilməyib.

Banker.az xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib və əlavə olaraq qeyd edib ki, Kiyev hazırda 2014-cü ildə Donbas münaqişəsinin başladığı vaxtdan qat-qat yüksək müdafiə qabiliyyətinə malikdir.

“Ukrayna təşkilata üzv olmaq üçün müraciət edib və biz onun islahatlarını dəstəkləyərək, ordunun standartlarımıza uyğun modernləşdirilməsinə kömək edib bu istiqamətdə işləmək qərarına gəldik. 2008-ci ildə biz Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağına qərar verdik, lakin dəqiq nə vaxt açıqlamadıq”, – deyə Stoltenberq söyləyib.

Stoltenberq xatırladıb ki, kollektiv müdafiə prinsipi yalnız NATO-ya üzv olan dövlətlərə aiddir, alyansın indi Ukraynanı müdafiə etmək öhdəliyi yoxdur. Buna baxmayaraq, o, müttəfiqləri qorumaq və alyansın şərq hissəsinə qoşun yerləşdirmək hüququnu qoruyub saxlayır.

Moskva öz növbəsində NATO-dan alyansı şərqə doğru genişləndirməkdən və “Ukrayna ərazisində, eləcə də Şərqi Avropa, Zaqafqaziya və Mərkəzi Asiyanın digər dövlətlərində hər hansı hərbi fəaliyyətdən” çəkinməyi tələb edib. Bundan başqa, sənədlərdə “nüvə müharibəsinin başlanmasının” qeyri-mümkünlüyündən danışılıb.

Stoltenberqin sözlərinə görə, müzakirə asan olmayıb, lakin hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edib. Danışıqlardan sonra o bildirib ki, Rusiya Ukraynanın NATO-ya daxil olmasına qadağa qoya bilməz. Stoltenberq Ukrayna hakimiyyətinə ölkənin təşkilata üzv olmaq yolunda dəstək vəd edib.

Son xəbərlər
Digər xəbərlər