-1 C
Baku
Sunday, December 15, 2024

Dövlət xətti ilə verilən ipoteka kreditləri azalıb

2015-ci ilin I rübündə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına 20,7 mln. manat kredit verilib.

Banker.az AİF-na istinadən xəbər verir ki, 2014-cü ilin yanvar-mart aylarında AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 27,4 mln. manat təşkil edib. Beləliklə, 2015-ci ilin I rübündə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 24,5% azalıb.

Cari ilin mart ayında AİF-in agent bankları 6,7 mln. manat məbləğində ipoteka krediti veriblər. Məlumatıa əsasən, yanvar-mart aylarında fond 15,4 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Hesabat dövründə AİF-in 3 mln. manat məbləğində istiqrazı yerləşdirilib.

AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 30 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

2014-cü ildə AİF-in agent bankları 97,1 mln. manat məbləğində kredit veriblər, bu isə 2013-cü ilin göstəricisindən 14% azdır.

Son xəbərlər
Digər xəbərlər