The Financial Times-ın verdiyi məlumata görə, dünyanın 5 nəhəng bankı əcnəbi valyuta bazarında iddia edilən manipulyasiyalara görə, 6 milyard dollar həcmində məbləğ ödəmək barədə saziş imzalamaq prosesini başa çatdırırlar. Verilən məlumatlara görə, bu barədə rəsmi açıqlama bu həftə ərzində veriləcək.
Mənbədən verilən məlumata görə, İsveçrənin UBS bankın 800 milyon dollar ödəyəcəyi gözlənilir. Bununla yanaşı, Britaniyanın Barclays bankı 2 milyard funt sterlinq (təqribən 3,1 milyard dollar), JPMorgan Chase, Royal Bank of Scotland və Citigroup 1 milyard dollar ödəməyə razılıq verib.
UBS bankın ödəyəcəyi məbləğ digər bankların ödəməli olduğu məbləğdən azdır. Buna səbəb isə maliyyə təşkilatının Amerika rəhbərliyinə valyuta bazarındakı problemlər ilə bağlı xəbərdarlıq etməsidir. Barclays bankı isə noyabr ayında britaniyalı, amerikalı və isveçrəli tənzimləyicilər ilə müqavilənin bir hissəsi olmadığına görə hər kəsdən daha çox cərimə ödəyəcək.