“PAŞA Sığorta” ASC-nin İdarə Heyətində yer alan xanım üzv vəzifəsindən ayrılıb, onun yerinə yenisi təyin edilib.
Banker.az xəbər verir ki, İdarə Heyətinin üzvü Ülviyyə Elmar qızı Abbasova vəzifəsindən ayrılıb.
Onun yerinə isə İnarə Mirhəsənova Vaqif qızı təyin edilib.
Ü.Abbasova 2019-cu ilin yazında “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinə üzv təyin edilmişdi.
İnarə Mirhəsənova 2009-cu ildən sığorta sahəsində çalışır. “Bakı Sığorta” ASC-nin aktuari kimi çalışmış.
2011-ci ilin mayından 2012-ci ilin dekabrına qədər “Ata Sığortada” aktuari, 2012-ci ilin dekabrından 2016-cı ilin mayına qədər həmin sığorta şirkətində Riskə və maliyyə analitiki şöbəsinin müdiri vəzifəsində olub.
2016-ci ilin yanvarında 2020-ci ilin dekabrına qədər “PAŞA Həyat” ASC-də müxtəlif vəzifələrə təyin edilib. “PAŞA Həyat”da son vəzifəsi Strategiya və investisiyalar departamentinin direktoru idi. 2020-ci ilin dekabrından isə ana şirkət “PASHA Holding” MMC-də çalışırdı.