10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda professor, dosent, elmlər və fəlsəfə doktorlarına ödənilən əlavələr artırılıb

Azərbaycanda professor, elmlər doktoru, dosent və fəlsəfə doktorlarına ödənilən əlavələr artırılıb.

Baş nazir Əli Əsədov bununla bağlı “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri

(manatla)
Təhsil alan kontingent Pedaqoji işçilər
professor və ya elmlər doktoru dosent və ya fəlsəfə doktoru elmi dərəcəsi, elmi adı olmayan

şəxslər

Bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurs-

larının dinləyiciləri, fəhlələr

12,40 8,20 6,40
Xüsusi təyinatlı (hərbi, dövlət təhlü-

kəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri

14,70 10,70 7,20
Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisas- artırma kurslarının dinləyiciləri 17,70 12,40 8,20

Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər