2021-ci ildə Rusiya Federasiyasından kapitalın xalis axını 2020-ci ildəki 50,4 mlrd. ABŞ dollarına qarşı 72 mlrd. dollara yüksəlib. Artım 43% təşkil edib.
Bu barədə Rusiya Mərkəzi Bankının açıqlamasında deyilir.
“Özəl sektorun maliyyə əməliyyatlarının müsbət saldosu 50,4 mlrd. dollara qarşı 72 mlrd. dollar təşkil edib”, – açıqlamada qeyd olunub.
Tənzimləyici izah edir ki, bank əməliyyatlarının neytral təsiri ilə digər sektorlar tərəfindən, əsasən birbaşa investisiya şəklində xarici aktivlərin əldə edilməsi həlledici rol oynayıb.