İran və Rusiya 5 milyard dollarlıq kredit xəttinin açılması haqqında razılığa gəlib.
Bunu İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd deyib.
O bildirib ki, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq sahəsində müsbət razılaşmalar əldə olunub. Onlardan biri də iki ölkə arasında 5 milyard dollarlıq kredit xəttinin açılmasıdır.
O qeyd edib ki, bundan başqa iki ölkə arasında elektrik stansiyalarının tikintisi, İranın Rusiyadan lokomotiv alması, Rəşt-Astara dəmir yolunun tikintisinin təkmilləşdirilməsi və bir neçə digər layihələrin sürətləndirilməsi haqqında razılıq əldə olunub.