14 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 5 000 000 manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
25 yanvar 2022-ci il tarixində “Ferrum Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2009022289 |
İstiqrazların növü və forması | Faizli təmin edilməmiş sənədsiz adlı |
İstiqrazların sayı, ədəd | 5000 |
Nominal Dəyəri | 1,000 AZN |
İllik faiz dərəcəsi | 11.5 % |
Tədavül müddəti | 12 ay |
Kupon faizlərinin ödəniş müddəti | 1 aydan bir |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.